AZ

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Türkiyə arasındaticarət əməliyyatlarının həcmi 1 milyard ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar-fevral aylarındakıgöstərici ilə müqayisədə 25 milyon ABŞ dolları və ya 2,5%çoxdur.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 11,28%-i həcmində olub. Bununla daTürkiyə Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələrsırasında ikinci pillədə qərarlaşıb.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 573,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 61,1 milyon ABŞ dolları və ya 9,6% azdır.Hesabat dövrü ərzində Türkiyə ilə ixrac əməliyyatları Azərbaycanınümumi ixracının 12,03%-ni təşkil edib.

Bu ilin yanvar-fevral aylarından Türkiyədən Azərbaycana 431,3milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, buda illik müqayisədə 86 milyon ABŞ dolları və ya 24,9% artımdeməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında AzərbaycandanTürkiyəyə 7,4 milyon ABŞ dolları dəyərində 14,8 min ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.Bu isə 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində28,6 milyon ABŞ dolları və ya 79,4%, həcm ifadəsində isə 53,3 minton və ya 78,3% azdır.

Dövr ərzində Türkiyə Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 12-ci pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-fevral ayları ərzindəAzərbaycandan Türkiyəyə 82,8 milyon ABŞ dolları dəyərindəqeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin eyni dövrüilə müqayisədə 14,5 milyon ABŞ dolları və ya 14,9% azdır.

Hesabat dövründə Türkiyəyə qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracında 17,07% paya malik olub. Bununla daTürkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları alışındaRusiyadan sonra ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.

Seçilən
73
4
az.trend.az

6Mənbələr