AZ

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 19 mart, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 19-da Abşeron rayonunda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xırdalan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Görüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron, Zəngilan, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Seçilən
4
5
azertag.az

10Mənbələr