Veteran futbolçu Oqtay Abdullayevin 70 yaşı tamam olur.
Msport.az xəbər verir ki, bu münasibətlə AFFA rəhbərliyi onu qəbul edib.
Görüşdə qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev iştirak ediblər.
Onlar sabiq futbolçuya üzərində “70” yazılan xatirə hədiyyəsi verib, onu yubileyi münasibətilə təbrik ediblər.