AZ

ABŞ-nin Merilend ştatında 20 mart Novruz Günü elan edilib - BƏYANNAMƏ

ABŞ-nin Merilend ştatının qubernatoru Ves Mur 20 mart tarixini rəsmi olaraq Novruz Günü elan edib.

Bu barədə “Report”un ABŞ bürosuna Azərbaycanın ABŞ-dəki Səfirliyindən məlumat verilib.

Sənəddə Novruzun tarixi haqqında məlumat verilib, onun yazın gəlişini və təbiətin yenilənməsini qeyd edən qədim bayram olduğu vurğulanıb. Qeyd edilib ki, Novruz 3 000 ildən artıqdır, dünyanın milyonlarla insanı tərəfindən sülh, yenilənmə və mədəni birliyin simvolu kimi qeyd olunur.

Bəyannamədə Azərbaycan icmalarının Novruzu ailə yığıncaqları, musiqi, rəqs, bayram süfrələri və həyatın yenilənməsini, xeyirin şər üzərində qələbəsini simvolizə edən mədəni ənənələrlə qeyd etdiyi bildirilir: “Merilend ştatı müxtəlif icmalara, o cümlədən Azərbaycan icmasına ev sahibliyi etməkdən qürur duyur. Novruzun qeyd olunması qarşılıqlı anlayışı gücləndirir, müxtəlifliyə dəyər verməyə kömək edir və azərbaycanlı amerikalılarla dostluq bağlarımızı möhkəmləndirir”.

Bəyannamədə vurğulanır ki, Novruzun tanınması və qeyd edilməsi Azərbaycanın zəngin mədəni irsinə hörmət ifadə edir və sülh, harmoniya, ümumi ümid və yenilənmə dəyərlərini təbliğ edir.
Seçilən
3
3
sherg.az

5Mənbələr