AZ

Bu şəhərdəki ictimai yaşayış binaları əsaslı təmir olunacaq

Bakı. Trend:

Astara şəhərində ictimai yaşayış binaları əsaslı təmirolunacaq.

Trend-in əldəetdiyi məlumata görə, Astara Rayon İcra Hakimiyyəti (RİH) artıqbununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, görüləcək işlər çərçivəsində şəhərin Heydər Əliyevprospektində yerləşən 22,26,28,30,72, nömrəli, eləcə də Kijəbəqəsəbəsi şəhid Xaqani Babazadə küçəsində yerləşən 1 mərtəbəliçoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılacaq.

RİH sözügedən işlərin icrasını "ASA-TİKİNTİ" Məhdud MəsuliyyətliCəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 102 848 manat ödənilib.

Qeyd edək ki, yaşayış binalarında əsaslı təmir işlərinin həvaləolunduğu MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnaməkapitalı 60 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimov EldənizMəhərrəm oğludur.

Seçilən
7
4
az.trend.az

5Mənbələr