AZ

Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb - FOTO

İstanbul Baş Prokurorluğunun başlatdığı araşdırmalar nəticəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanılması ilə əlaqədar sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar etmiş 261 şübhəli şəxs müəyyən edilib.
 
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın "X" hesabında yerləşdirdiyi məlumatda qeyd olunub.
 
O bildirib ki, müəyyən edilən 261 nəfərdən 37-si artıq saxlanılıb:
 
"Kibercinayətkarlıqla Mübarizə Departamentimiz və Təhlükəsizlik Departamentimizin koordinasiyalı işindən sonra 37 şübhəli saxlanılıb, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir".
 
Qeyd edək ki, ötən gün İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu və 100-dən çox adam saxlanılıb.

 

Seçilən
3
2
moderator.az

4Mənbələr