AZ

Rusiya bankları SWIFT sisteminə qaytarılacaq

Bakı. Trend:

ABŞ və Rusiya arasında Qara dənizdə atəşkəslə bağlı əldə olunmuşrazılaşmanın müddəalarından biri də Rusiya banklarının beynəlxalqSWIFT sisteminə qaytarılmasıdır.

Trend xəbər verirki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, SWIFT (Society for Worldwide Interbank FinancialTelecommunication) – beynəlxalq banklararası maliyyətelekommunikasiya sistemidir və qlobal miqyasda təhlükəsiz ödənişmesajlaşmasını təmin edir. Bu sistem vasitəsilə banklar və maliyyəinstitutları arasında sürətli və etibarlı pul köçürmələri həyatakeçirilir.

İlk növbədə sistemə Rusiyanın “Rosselxozbank”nın qoşulacağıbildirilir.

Kreml bəyan edib ki, razılaşmanın 1-ci və 2-ci bəndləri yalnızRosselxozbank və Rusiyanın digər maliyyə təşkilatlarına qarşıtətbiq olunmuş beynəlxalq ticarət əməliyyatları ilə bağlı sanksiyaməhdudiyyətlərinin ləğv edilməsi və onların yenidən SWIFT sisteminəqoşularaq, müvafiq müxbir hesabların açılmasından sonra qüvvəyəminəcək.

Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasındadanışıqlar 23-24 mart tarixlərində Səudiyyə Ərəbistanının paytaxtıƏr-Riyadda keçirilib.

Məqalədə:
Seçilən
160
2
az.trend.az

3Mənbələr