AZ

Ötən il Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan 10 ölkə - CƏDVƏL

Bakı. Trend:

Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xariciinvestisiyalar əvvəlki illə müqayisədə 5,8% və ya 388 milyon ABŞdolları artaraq 7,046 milyard ABŞ dollarına çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata görə, Azərbaycan iqtisadiyyatına ən çox investisiyayatıran ölkə Birləşmiş Krallığ olub. Bu ölkədən yatırımların həcmi1,75 milyard ABŞ dolları (illik müqayisədə 109 milyon ABŞ dollarıvə ya 5,9% az) olub.

Siyahının ikinci pilləsində 1,2 milyard ABŞ dolları investisiyailə (6,4% və ya 83,4 milyon ABŞ dolları az) Türkiyə qərarlaşıb.

Azərbaycan iqtisadiyyatın ən çox investisiya yatıran üçüncü ölkəisə Macarıstan olub. Bu ölkədən Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi illik müqayisədə 5,1 dəfə, yaxud da 821,2milyon ABŞ dolları artaraq 1 milyard ABŞ dollarına çatıb.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına ən çox investisiyayatıran 10 ölkə ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Dövlətlərin adıMəbləğXüsusi
(min ABŞ dolları)çəkisi (faizlə)
Birləşmiş Krallıq1 748 82224,8
Türkiyə1 219 01517,3
Macarıstan1 018 64814,5
Kipr746 78910,6
Birləşmiş Ərəb Əmirlikləri490 1567,0
İran İslam Respublikası371 4875,3
Yaponiya241 4823,4
Rusiya Federasiyası234 3123,3
Amerika Birləşmiş Ştatları149 8262,1
Norveç136 7371,9
Seçilən
29
az.trend.az

1Mənbələr