Bakı. Trend:
Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xariciinvestisiyalar əvvəlki illə müqayisədə 5,8% və ya 388 milyon ABŞdolları artaraq 7,046 milyard ABŞ dollarına çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata görə, Azərbaycan iqtisadiyyatına ən çox investisiyayatıran ölkə Birləşmiş Krallığ olub. Bu ölkədən yatırımların həcmi1,75 milyard ABŞ dolları (illik müqayisədə 109 milyon ABŞ dollarıvə ya 5,9% az) olub.
Siyahının ikinci pilləsində 1,2 milyard ABŞ dolları investisiyailə (6,4% və ya 83,4 milyon ABŞ dolları az) Türkiyə qərarlaşıb.
Azərbaycan iqtisadiyyatın ən çox investisiya yatıran üçüncü ölkəisə Macarıstan olub. Bu ölkədən Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi illik müqayisədə 5,1 dəfə, yaxud da 821,2milyon ABŞ dolları artaraq 1 milyard ABŞ dollarına çatıb.
2024-cü ildə Azərbaycan iqtisadiyyatına ən çox investisiyayatıran 10 ölkə ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Dövlətlərin adı | Məbləğ | Xüsusi |
(min ABŞ dolları) | çəkisi (faizlə) | |
Birləşmiş Krallıq | 1 748 822 | 24,8 |
Türkiyə | 1 219 015 | 17,3 |
Macarıstan | 1 018 648 | 14,5 |
Kipr | 746 789 | 10,6 |
Birləşmiş Ərəb Əmirlikləri | 490 156 | 7,0 |
İran İslam Respublikası | 371 487 | 5,3 |
Yaponiya | 241 482 | 3,4 |
Rusiya Federasiyası | 234 312 | 3,3 |
Amerika Birləşmiş Ştatları | 149 826 | 2,1 |
Norveç | 136 737 | 1,9 |