AZ

“Turan Tovuz” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

Misli Premyer Liqasının 28-ci turunda bu gün “Qarabağ”ı qəbul edəcək “Turan Tovuz” oyuna itkilərlə çıxacaq. Belə ki, zədəli olan Şəhriyar Əliyev, Jo Batista, Roderik Miller və Denis Marandiçi komandaya kömək edə bilməyəcəklər.

Bizim.Media xəbər verir ki, bu futbolçulardan Roderik Miller sabahdan komanda ilə birlikdə məşqlərə başlayacaq.

Moldovalı Denis Marandiçi isə hazırda ölkəsində zədədən sonra bərpa prosesi keçir. Onun yaxın günlərdə Azərbaycana qayıdacağı gözlənilir.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qarabağ” matçı saat 19-30-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
94
38
bizim.media

10Mənbələr