"MET-AK"a yazılan cərimə protokoluna bu tarixdə baxılacaq
"MET-AK" MMC-yə yazılan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, baxış iclası Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə dekabrın 21-də keçiriləcək.
Qeyd: Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazıb.