AZ

“Zirə gülçülük” QSC-yə yazılan protokola bu tarixdə baxılacaq

“Zirə gülçülük” QSC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası dekabrın 28-də Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.

 

Qeyd: Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazıb.

 

Xəyal Quliyev

Tarix: 21 Dekabr 2023, 08:14   
Seçilən
480
3
pravda.az

10Mənbələr