AZ

“Almaniya “Taurus” raketlərinin Ukraynaya tədarükünü istisna etmir”  – Xarici işlər naziri

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünü istisna etməyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, alman nazir  bu barədə Podqoritsaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O qeyd edib ki, Ukrayna özünümüdafiə üçün daha çox vasitə əldə etməlidir və Berlin bu istiqamətdə bütün mümkün variantları araşdırmalıdır.

Qeyd edək ki, əvvəllər kansler Olaf Şolts dəfələrlə bu raketlərin tədarükünə qarşı çıxıb. O, hətta alman hərbçilərinin bu raketlərin Ukrayna tərəfindən istifadəsi variantları haqqında söhbətinin Rusiya tərəfinə sızmasından sonra belə mövqeyini dəyişməyib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
122
16
konkret.az

10Mənbələr