AZ

Yaşayış binasında baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ (VİDEO)

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.   Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğın söndürülüb",-deyə məlumatda qeyd olunur. *** Mingəçevir şəhərində yerləşən yataqxanada yanğın baş verib. Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. Hadisə Heydər Hüseynov keçəsində qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Əraziyə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla