AZ

Qlobal su böhranının Azərbaycana təsiri – VİDEO

Süni yağışların yağdırılması ilə içməli su hövzələri yaradıla bilər

Ötən il Azərbaycanda quraqlıq və su çatışmazlığı səbəbindən təxminən 160 min hektar ərazi quruyaraq yararsız hala düşüb.Və nəzərə alsaq ki, iqlim dəyişikliyi ilə mübarizədə iqtisadiyyat olduqca vacibdir deməli məhsuldarlığı artırmaq və sudan rasional istifadə etmək üçün də su ehtiyatlarının sistemli idarə olunmasına nail olmaq lazımdır. Üstəlik, nəzərə alsaq ki, Azərbaycan məhdud su ehtiyatlarına malikdir və su mənbələrinin böyük hissəsi yağan qarın miqdarından, transsərhəd çaylardan, yeraltı sulardan asılıdır, deməli içməli su problemi ilə mübarizə artıq indidən başlamalıdır.

İsrailin milli su operatoru olan “Mekorot” şirkəti Azərbaycanda su qıtlığı probleminə çıxış yolu olaraq, süni şəkildə yağdırılan yağışların köməyi ilə bu mövzuda həll yollarını təklif edib. İsrail şirkəti tərəfindən təklif olunan içməli su bazasının artırılması Azərbaycanın şimalında və cənubunda buludlara yodlaşdırılmış gümüş hissəciklərini səpərək süni yağışların yağdırılması məntiqi ilə çalışacaq. Süni şəkildə yağdırılan yağış suları ayrıca məntəqələrə toplanılacaq, filterlərdən keçiriləcək və içməli hala gətirildikdən sonra insanların istifadəsinə veriləcək. Bu texnologiya basitəsi ilə nəyinki, içməli su probleminin həlli, həmçinin yağış suları vasitəsi ilə qeyri-ənənəvi yolla elektrik enerjisinin istehsalı da mümkündür ki, quraşdırılacaq sistem yaşıl enerji prinsipi ilə çalışacaq.
İsraildə bu texnologiya 1972-ci ildən 2023-cü ilə qədər istifadə olunub.
Layihənin büdcəsi olduqca böyük maliyyət tələb etsə də gələcəkdə içməli su böhranını qarşısının alınması risklərini azaldacaq.

Bəs hazırda Azərbaycan içməli su böhranının qarşısının alınması istiqamətində hansı işlər görür? və ümumiyyətlə Azərbaycanda mövcud olan içməli su mənbələrində vəziyyət necədir?

2022-ci ilin statistikasına əsasən, Azərbaycanda yeraltı su ehtiyatı 17 milyard kubmetr təşkil edib. Halbuki 1960-1990-cı illərdə bu rəqəm 30 milyard kubmetr olub. Yəni, hazırda ölkədə su ehtiyatları 43 faiz azalıb. Qrunt sularının ehtiyatlarına gəlincə, təxmini hesablamalara görə, onlar 8 milyard kubmetr təşkil edir. Bu ehtiyatların bir hissəsi Qarabağda yerləşir ki, burada genişmiqyaslı işlər, eləcə də rayonun dərin çaylarında su anbarının tikintisi üzərində işlər gedir.

Şirin su ehtiyatlarının tükənməsi alternativ mənbələrdən istifadənin artmasına səbəb olur. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Su Təsərrüfatı Agentliyi Abşeron yarımadasında, Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini hədəflənib. İçməli suya olan tələbatın proqnozlaşdırılan illik artımı nəzərə alınmaqla, zavodun istehsal gücü ildə 100 milyon kubmetr təşkil edəcək.

Azad edilmiş ərazilərdəki çaylara son üç onillikdə su ehtiyatları 15 faizdən çox azalıb. Ermənistanın işğalı nəticəsində Azərbaycan 30 il ərzində öz su ehtiyatlarından və onları inkişaf etdirmək imkanından məhrum olub. İşğal illərində həyata keçirilən ekoloji terror, meşələrin qırılması, bitki örtüyünün məhv edilməsi, torpaq eroziyası su ehtiyatlarına öz mənfi təsirini göstərib və nəticədə həmin bölgələrdə sözün əsl mənasında iqlim dəyişikliyi baş verib.

Sürətlə dəyişən dünyada iqlim fəsadları öz təsirini insanların həyat tərzində biruzə verir.
Və ölkəmizdə də bu prosseslər hələki hiss etməyəcəyimiz şəkildə cərəyan edir. Təsəvvür etmək çətindir, amma Azərbaycanın şirin suya illik tələbatı 10 milyard kubmetr olduğu halda, təkcə son üç ildə Mingəçevir su anbarından hər il 1,2-1,4 milyard kubmetr su buxarlanıb!

Beləliklə, bəlkə bir daha təkrar etmək kifayətdir ki, ölkəmizin su ehtiyatları məhduddur və qlobal iqlim dəyişikliyi bizi yaxın gələcəkdə su ilə sınağa çəkəcək. Bu halların baş verməməsi üçün isə suya qənaət edək və təlabatlarımızı minimuma salaq.

Seçilən
158
40
Mənbələr
Şərh ()
Bağla