AZ

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

Bakı, 28 mart, AZƏRTAC

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in rəsmiləri, Milli Məclisin deputatları, aidiyyəti vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Stop Vərəm” Tərəfdaşlığının (“Stop TB” Partnership) icraçı direktoru Luçika Ditiunun tədbir iştirakçılarına ünvanladığı videomüraciəti təqdim edilib.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, elmi-praktik konfransın məqsədi ölkəmizdə və dünyada vərəm ilə bağlı mövcud vəziyyətin müzakirəsi, bu problemə diqqətin yönəldilməsidir. N.Zeynalov bildirib ki, respublikamızda vərəm əleyhinə xidmət Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Vərəm Proqramı Mərkəzi tərəfindən həyata keçirilir: “Bu gün vərəmin diaqnostikası bakterioloji tədqiqatlara əsaslanır və bu tədqiqatlar respublikada fəaliyyət göstərən Milli istinad laboratoriyasında müasir yanaşmaya uyğun olaraq sürətli molekulyar-genetik üsullar əsasında aparılır”.

Nazir müavinin sözlərinə görə, beynəlxalq mütəxəssislərin texniki dəstəyi ilə hazırlanan vərəmli xəstələrin aşkarlanması, müalicəsi və profilaktikası üzrə milli müasir protokollar, vərəmli xəstələrin cərrahi, uşaq və yeniyetmələrin, eyni zamanda ağciyərdən kənar vərəmin müalicəsi, Vərəm-İİV koinfeksiyalı xəstələrin reabilitasiyası və profilaktikası üzrə kliniki protokollar artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib, bu istiqamətdə aparılan işlər bu gün də davam etdirilir.

Öz çıxışlarında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, ETAXİ-nin direktoru İradə Axundova və digərləri tədbirdə müzakirə olunan mövzuların vacibliyini vurğulayıblar. Həmçinin Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 7 ildə xəstəliyə yoluxma dinamikasında müsbət dəyişikliklərin müşahidə olunması diqqətə çatdırılıb. Belə ki, əgər 2019-cu ildə vərəmlə xəstələnmə göstəricisi hər 100 000 nəfərə 36,5 idisə, 2023-cü ildə bu göstərici 27,9 olub. 2019-cu ildə ağciyər vərəmi xəstələri arasında VMB-nın (Vərəm Mikobakteriyası) aşkar olunması 81,8 faiz idisə, 2023-cü ildə bu göstərici 90 faizə çatıb. Uşaqlar arasında xəstəliyə yoluxma 2019-cu ildə 12,8 faiz olubsa, 2023-cü ildə bu göstərici 9,5 faiz təşkil edib. Bu azalma tendensiyası ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir.

Sonda geniş fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15976
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15696
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15367
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13297
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11912
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9496
"Zaur, yenə çaşdın..." - VİDEO
7835
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5983
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5870
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5053
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4936
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4406
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4214
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4068
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3231
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3206
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2976
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2951
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2791