AZ

Məşhurları arıqladan pəhrizin təhlükəsi üzə çıxdı:ürək xəstəliyi riskini 91% artırır

Cennifer Lopez və Heidi Klum kimi məşhurların istifadə etdiyi arıqlama metodunun ürək-damar xəstəliklərindən ölüm riskini artırdığı üzə çıxıb.

Medicina.az xəbər verir ki, bir çox məşhur simanın təriflədiyi bu pəhriz ürək xəstəliklərinin 91% artmasına səbəb olur.

Söhbət son zamanlar adını tez-tez eşitdiyimiz bir qidalanma tərzi olan fasiləli orucdan gedir.Arıqlamaq istəyənlərlə yanaşı, eyni çəkidə qalmaq istəyənlərin də seçiminə çevrilən bu üsul heç də deyildiyi kimi sağlamlığa yararlı deyilmiş.

Mayo Klinikasına görə, pəhrizin 16:8 növünə daha çox üstünlük verilir. Bu, Cennifer Eniston kimi məşhurlar tərəfindən də daha çox tövsiyə edilib. Bu pəhrizdə yemək gündə səkkiz saatla məhdudlaşır və insanların qalan 16 saatı oruc tutması gözlənilir.

Maraqlıdır ki, bu cür vaxt məhdudiyyətli qidalanma ilə bağlı əvvəlki araşdırmalar pəhrizin qan təzyiqini, qan şəkərini və xolesterinin səviyyəsini yaxşılaşdıra biləcəyini müəyyən etmişdi.

Lakin Çinin Şanxay şəhərindəki Şanxay Jiao Tonq Universitetinin Tibb Fakültəsindən Viktor Venze Zonqun sözlərinə görə, yeni sübutlar əksini göstərir. Belə ki, 16:8 pəhrizinə riayət edənlərə ürək-damar xəstəliyi diaqnozu qoyulma riski yüksəkdir.

Dr. Zonqun başçılıq etdiyi Amerika Ürək Dərnəyindən bir qrup araşdırmaçı məhdudlaşdırılmış, səkkiz saatlıq rejimə uyğunqidalanmağın uzunmüddətli sağlamlıq təsirlərini tədqiq ediblər.

Amerika Ürək Assosiasiyası Birləşmiş Ştatlarda yaşayan (yarısı kişi, yarısı qadın olmaqla) 20.000-ə yaxın yetkin insanın sağlamlıq nəticələrini təhlil edib. Bu insanların hər birinin yemək vərdişləri orta hesabla 8 il ərzində izlənilib.

İllik 2003-2018 Milli Sağlamlıq və Qidalanma Təhlili Sorğusunda (NHANES) iştirak edənlərin qidalanma nümunələri haqqında məlumatlar araşdırıldıqdan sonra, onlar rəqəmləri 2003-cü ildən 2019-cu ilin dekabrına qədər ABŞ-da ölən insanların məlumatları ilə müqayisə ediblər. Nəticədə məlum olub ki,gündə səkkiz saatdan az yemək vərdişinə riayət edən insanların ürək-damar xəstəliklərindən ölüm riski 91 faiz daha çoxdur.

Hesabatda bu artımın ürək xəstəliyi və ya xərçənglə yaşayan insanlarda da müşahidə edildiyi və fasiləli orucun hər hansı bir səbəbdən ölüm riskini azaltmadığı bildirilib. Bundan əlavə, elm adamları gündə 16 saatdan çox yemək yeyən xərçəng xəstələrinin xərçəngdən ölüm riskinin daha az olduğu qənaətinə gəliblər.

“8 saatlıq, vaxt məhdudiyyətli qidalanma rejiminə əməl edən insanların ürək-damar xəstəliklərindən ölmə ehtimalının daha çox olduğunu görəndə təəccübləndik. Bu pəhriz növü potensial qısamüddətli faydaları ilə məşhur olsa da, araşdırmamız açıq şəkildə göstərir ki, gündə 12-16 saatlıq adi yemək vaxtı ilə müqayisədə daha qısa yemək müddəti daha uzun yaşamaqla əlaqələndirilə bilməz”, - deyə Dr. Zonq bildirib.

Stenford Universitetindən Kristofer D. Qardner isə məsələ ilə bağlı bunları söyləyib:

"Ümumilikdə, bu tədqiqat göstərir ki, vaxt məhdudiyyətli qidalanmanın qısamüddətli faydaları olsa da, uzunmüddətdə mənfi təsirləri üzə çıxa bilər".


Aysel

Seçilən
159
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16775
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16357
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15769
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13880
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12788
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9866
"Zaur, yenə çaşdın..." - VİDEO
8015
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6928
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6403
Minimum əmək haqqı nə qədər arta bilər?
6165
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5494
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5345
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4628
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4362
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4302
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3330
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3326
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3320
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3096