AZ

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş – SİYAHI, MƏBLƏĞLƏR

Ölkəmizdə ən çox sifariş qəbul edən şirkətlərdən biri yemək xidməti təqdim edən şirkətlərdir.  FED.az 2023-cü ildən günümzədək yemək xidməti sahəsində keçirlən tenderlərin qaliblərini araşdırıb.

Tender yolu ilə 2023-cü ildən indiyənədək müxtəlif şirkətlər tərəfindən toplamda 117 487 541 AZN dəyərində yemək xidməti sifarişi qəbul olunub. Bu tenderlerin 105 188 937 manatı ve ya 90 faizi Tehsil Nazirliyinin payına düşür. 

Qeyd edilən zaman kəsiyində sayca ən çox sifariş qəbul edən şirkət "Tais İkf" MMC olub. Adı çəkilən şirkət 39 milyon 102 min AZN dəyərində 3 tenderi  (Təhsil Nazirliyindən) udub.

Məbləğə nəzər yetirdikdə isə maksimum dəyərdə sifarişi "El-Oba" QSC şirkəti alıb. Şirkət nə az nə çox 43 981 650 AZN dəyərində 2 tenderin  (Təhsil Nazirliyindən)  qalibi seçilib.

Digər şirkətlərdən “Məişət İst” MMC, “Sabko” MMC, “Gulay-Food” MMC və “Seaport Catering” MMC şirkətləri dəyəri milyon manatdan yuxarı olan tenderləri udublar.

Adı çəkilən şirkətlərdən başqa 1 fiziki şəxs Ziyafət İsa Oğlu Fərzəliyev 2 müxtəlif quruma yemək xidməti təqdim edərək 3 766 258 AZN qazanıb.

5 şirkət yemək xidməti sahəsi üzrə milyon manatdan aşağı olan tenderlərini qalibi olub.

Qeyd edək ki, “El-Oba” QSC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, ev 6 ünvanında yerləşir.

“Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5  ünvanında yerləşir.

Qeyd edək ki, “Məişət İst” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.

Qeyd edək ki, “Sabko” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Amil Sadıqov Telman oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5 ünvanında yerləşir.

Qeyd edək ki, “Gulay-Food” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 1 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Əlisoy Hüseyn oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Əzim Əzimzadə, ev 5, m. 3 ünvanında yerləşir.

Qeyd edək ki, “Seaport Catering” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 325 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Həsənov Rizvan oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr., ev 528 məhəllə, ev V, m. 25 ünvanında yerləşir.

 

Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalibin adı

Təklifin qiyməti

Tarix

1

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

"El-Oba" QSC

 

32 872 634 AZN

 

09.01.2024

2

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

“El-Oba” QSC

 

11 109 016 AZN

 

20.02.2023

Cəmi : 43 981 650 AZN

 

1

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması

"Tais İKF" MMC

14 311 290 AZN

30.12.2023

2

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

“Tais İKF” MMC

 

12 704 454 AZN

 

20.02.2023

3

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

“Tais İKF” MMC

 

12 086 074 AZN

 

09.01.2024

Cəmi : 39 101 818 AZN

 

1

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

“Məişət İst” MMC

 

8 268 094 AZN

 

09.01.2024

2

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

“Məişət İst” MMC

 

3 150 431 AZN

 

20.02.2023

Cəmi : 11 418 525 AZN

 

1

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

“Sabko” MMC

5 984 196 AZN

 

09.01.2024

2

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

2023-cü il ərzində Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

“Sabko” MMC

4 702 748 AZN

 

20.02.2023

Cəmi : 10 686 944 AZN

 

1

"Sosial Xidmətlər Agentliyi" PHŞ

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması

"Gulay-Food" MMC

6 120 881 AZN

23.02.2024

Cəmi : 6 120 881 AZN

 

1

"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ

Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti

Ziyafət İsa Oğlu Fərzəliyev

3 336 258 AZN

02.02.2024

2

"Sosial Xidmətlər Agentliyi" PHŞ

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması

Ziyafət İsa Oğlu Fərzəliyev

 

430 000 AZN

 

07.01.2024

Cəmi : 3 766 258 AZN

 

1

"Azəralüminium" MMC

İşçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması

"Seaport Catering" MMC

838 159 AZN

23.11.2023

2

"Azəralüminium" MMC

İşçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması

"Seaport Catering" MMC

 

823 191 AZN

13.12.2023

Cəmi : 1 661 351 AZN

 

1

"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" PHŞ

Hazır yemək (catering) xidməti 2024

"Blissful" MMC

402 852 AZN

11.12.2023

2

"Əsaslı Tikinti və Təchizat" MMC

Mədəniyyət Nazirliyi üzrə keçiriləcək tədbir və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması

"Smart Techno Services" MMC

126 496 AZN

06.10.2023

3

"Azərsu" ASC

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına Oğuz-Qəbələ-Bakı (261,3km), BSK-1 (178,8km), BSK-2 (168km) magistral su kəmərlərində baş vermiş qəzalar zamanı və Ceyranbatan USQK-nin işçilərinin illik isti yeməklə təmin edilməsi xidmətinin satın alınması

"Prestige Catering" MMC

101 280 AZN

15.05.2023

4

Dövlət İmtahan Mərkəzi" PHŞ

Yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alınması

"Yuni Servis" MMC

81 809 AZN

26.01.2023

5

"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" PHŞ

Hazır yemək (ketring xidməti) Noyabr, Dekabr ayları üçün

"İaşəçi" MMC

37 677 AZN

16.11.2023

Cəmi : 750 114 AZN

YEKUN : 117 487 541 AZN

 

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17360
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16979
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16086
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14409
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13422
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10084
Çingiz Mustafayevin toyudur - FOTOLAR
9581
"Zaur, yenə çaşdın..." - VİDEO
8182
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
7668
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
7132
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6887
Minimum əmək haqqı nə qədər arta bilər?
6402
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5904
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5695
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4855
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4556
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4539
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3444