AZ

YAP Yasamal rayon təşkilatında tədbir keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı  və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “İnsanlıq əleyhinə bəşəri cinayət: soyqırım siyasəti, tarixi həqiqətlər və  faktlar” adlı  tədbir keçirilib.   Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,YAP Veteranlar şurasının üzvü Misir Mərdanov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, fəal gənclər iştirak ediblər. Əvvəlcə Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş videoçarx nümayiş olunub. Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov 31 Mart-Azərbaycanlıların soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Naxçıvan, Quba, Lənkəran, Salyan, Şamaxı, Qarabağ, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun” partiyasının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. N.Məmmədov bildirib ki, Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin əsl həqiqəti ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Qeyd olunub ki, Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəyliyini nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Bundan əlavə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli anti terror tədbirləri nəticəsində ölkəmizdə separatizmin məhv edilməsi və həmin ilin oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Əldə olunan tarixi zəfərlərlə bütün şəhidlərimizin qisası alındı. Tədbirə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının təqdimatında bədii hissə nümayiş olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Seçilən
89
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14939
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14935
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14890
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12582
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11008
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8941
"Zaur, yenə çaşdın..." - VİDEO
7664
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5797
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4967
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4404
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4359
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4067
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3984
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3747
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3117
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3092
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2860
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2850
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2705