AZ

Lunyov Rusiya mətbuatına Azərbaycandakı xərclərindən danışdı

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib.

Rekord.az “sport24.ru” saytına istinadən xəbər verir ki, rusiyalı futbolçu Azərbaycanda aylıq xərclərinin 4-5 min avro olduğunu bildirib:

“Azərbaycanda aylıq mənzil və avtomobil xərcləri daxil olmaqla 4-5 min avro aralığında pul xərcləyirəm”.

“Qarabağ” Andrey Lunyovu 2023-cü ilin avqust ayında “Bayer”dən transfer edib. Rusiya millisinin üzvü Ağdam təmsilçisinin heyətində 26 rəsmi matçda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
29
rekord.az

10Mənbələr