AZ

BMU-da azərbaycanlıların Soyqırımı Günü qeyd olunub - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edildikdən sonra mart hadisələri ilə bağlı videoçarx nümayiş olunub. 

BMU əməkdaşları və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən rektor Yaqub Piriyev “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımı aktlarının tarixinə diqqət çəkib. Bu cinayətlər içərisində 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlı dəstələri tərəfindən gerçəkləşdirilmiş kütləvi qırğınları xüsusi vurğulayan rektor azərbaycanlı əhaliyə qarşı tərədilən ağılasığmaz vəhşiliklər nəticəsində on minlərlə günahsız insanın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə kəndin yandırıldığını, tarixi abidələrin məhv edildiyini, sakinlərin doğma yurd-yuvalarından didərgin salındığını vurğulayıb. Eyni zamanda bu barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun, tarixi faktlar əsasında çatdırılması istiqamətində aparılan işləri nəzərə çatdırıb. Bu sahədə məqsədyönlü fəaliyyətin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən rektor Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla xalqımıza qarşı törədilmiş dəhşətli hadisələrə adekvat siyasi qiymətin verildiyini, həmçinin 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini xatırladıb. Rektor Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində soyqırım həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyasının artdığını, xüsusi tədbirlər planının icra olunduğunu bildirib.

Rektor ermənilərin çoxəsrlik məkrli planlarına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı ilə son qoyulduğunu, bu gün hər bir azərbaycanlının qalib xalqa çevrilməyimizin qürurunu yaşadığını dilə gətirib. Erməni cinayətkarlarının törətdiyi qəddarlıqların yaddaşlardan heç vaxt silinməyəcəyini deyən Yaqub Piriyev gənc nəslin bu barədə maarifləndirilməsi üçün universitetdə tarixçilərlə görüşlərin, master-klassların təşkilinin əhəmiyyətini vurğulayıb. 

Sonra BMU-nun Ümumi fənlər kafedrasının professoru, tarixçi alim Şikar Qasımov geniş məruzə ilə çıxış edib. Professor çıxışında tarix boyu təcavüzkar siyasət yürüdən, terror aktları törədən ermənilərin himayədarlarınən dəstəyi ilə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, İrəvan, Zəngəzur, Naxçıvan, Lənkəran, Şirvan və digər ərazilərimizdə törətdiyi cinayətləri, məscidlərin, mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsi ilə bağlı mühüm faktları vurğulayıb. Alim çirkin erməni siyasətinin həyata keçirilməsi üçün tarixin məqsədli şəkildə saxtalaşdırılması, xalqımızın doğma torpaqlarından deportasiyası, soyqırım aktlarına dünyanın ikili standartlar əsasında münasibəti və digər gizlədilməyə çalışılan tarixi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Seçilən
192
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27387
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26652
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18444
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18155
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14575
Sabah 20 dərəcə isti olacaq
9867
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9232
May ayında Azərbaycana qar yağdı - VİDEO
8928
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8708
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8527
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7370
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7181
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7031
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6671
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
6641
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6558
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6527
Azərbaycan nefti ucuzlaşıb
6146
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6121