- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Tacikistanda “Crocus City Hall”da terror aktını törətməkdə təqsirləndirilən şəxslərlə əlaqəsi olmaqda şübhəli bilinən 9 nəfər saxlanılıb.
Bu barədə məlumatı “Reuters” yayıb.
Saxlanılan şəxslər, həmçinin İŞİD terror təşkilatı ilə əlaqəli olmaqda təqsirləndirilirlər.
Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 143 nəfər həlak olub, daha 382 nəfər isə yaralanıb. Rusiyada hücumla bağlı 9 nəfər həbs edilib.
Mənbə: qafqazinfo.az