AZ

“Сroсus” terroru ilə əlaqədar Tacikistanda doqquz nəfər saxlanılıb

Tacikistanın xüsusi xidmət orqanları Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında  terror aktını törətməkdə şübhəli bilinən şəxslərlə əlaqəsi olduğunu güman etdiyi doqquz nəfəri saxlayıb.

Bu barədə “RİA Novosti” öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, şübhəlilər Düşənbə ətrafında yaşayıblar.

Əlavə təfərrüat açıqlanmır.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 143 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

Martın 24-dən 26-na kimi məhkəmə “Krokus” terror aktı işi üzrə səkkiz müttəhimi həbsə göndərib. Onların arasında terror aktını törədən dörd nəfər - Dalercon Mirzoyev, Saidakram Racabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzov var. Həmçinin, terrorçulara mənzil və avtomobil verən İsrail İslamov və onun iki oğlu istintaq təcridxanasındadırlar, yaraqlılara mənzil kirayə verən Əlişir Kasımov isə həbs edilib.

Bundan əvvəl Moskva İctimai Monitorinq Komitəsi məhkəmə tərəfindən təqsirli bilindikdən sonra terrorçuları nə dərəcədə ağır həbs şəraiti gözlədiyini açıqlamışdı.

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16652
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16204
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15700
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13757
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12642
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9772
"Zaur, yenə çaşdın..." - VİDEO
7951
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6286
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6275
Minimum əmək haqqı nə qədər arta bilər?
6129
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5364
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5295
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4558
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4298
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4238
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3304
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3287
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3069
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3029