AZ

BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 31 mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda II Respublika elmi konfransı keçirilib.
 
BDU-dan Moderator.az-a bildirilib ki, əvvəlcə ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov erməni millətçiləri tərəfindən son 200 ildə, eləcə də 1918-ci il martın 31-də xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir. Mart soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, bütövlükdə Cənubi Qafqazda 50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlı əhaliyə qarşı baş vermiş bu dəhşətli faciənin ildönümü günləri 1919 və 1920-ci ilin mart ayının 31-də iki dəfə ümummilli matəm günü kimi qeyd edilib. Sovet işğalından sonra yeni rejim onu unutdurmağa və xalqın hafizəsindən silməyə çalışsa da, buna nail ola bilməyib. Mart hadisələrinə həqiqi siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.
 
İbrahim Zeynalov qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatları ilə dünya və region üçün təhlükəyə çevrilmiş erməni faşizmini darmadağın edib. Soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsində bilavasitə iştirak edən erməni cəlladlarına layiqli cavab verilib və qisasımız döyüş meydanında qəhrəmancasına alınıb.
 
Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov “Mart soyqırımı: erməni iddiaları, faşist düşüncə və ədalətli baxış”, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Türk – müsəlman xalqlarına qarşı soyqırımların və “böyük Ermənistan” xülyasının iflasa uğraması” adlı məruzələrində 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinin ordusu və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktının tarixi kökləri, səbəbləri, dəhşətli faktları və nəticələri haqqında  iştirakçılara geniş məlumat veriblər.
 
Konfransda AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Cənubi Qafqazda XX əsrin əvvəllərində erməni separatizmi: səbəb və nəticələri”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Tahirə Həsənzadə “Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğu”, Quba Soyqırımı Memorial Kompleksinin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova “Ermənilərin Zəngəzur qəzasında törətdikləri soyqırımlar” mövzusunda məruzələr ediblər.
 
Konfrans öz işinə plenar və bölmə iclasları ilə davam edib.
Seçilən
203
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18296
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17636
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16871
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15372
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14379
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14345
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13049
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12588
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10785
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10712
"Zaur, yenə çaşdın..." - VİDEO
8484
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7431
Minimum əmək haqqı nə qədər arta bilər?
6699
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6627
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6212
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5346
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5272
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5084
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4920