AZ

Rusiya danışıqlar üçün Kiyevin təklif etdiyi qaydaları qəbul etməyəcək

Rusiya Federasiyası Kiyevin Moskva ilə danışıqlara təklif etdiyi qaydaları qəbul etmir.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsi ilə Rusiya arasında danışıqların Ukraynanın “sülh formulu”na dair sammit iştirakçıları ilə razılaşdırılmış qaydalara əsasən mümkün olduğunu demişdi:”Biz əməl etməli olduğumuz və başqası tərəfindən hazırlanacaq heç bir qaydaları qəbul edə bilmərik”, – mətbuat katibi bildirib. O, həmçinin vurğulayıb ki, cənab Kulebanın bəyanatı Vladimir Putinin ölkə prezidenti olduğu müddətdə Ukraynanın Rusiya Federasiyası ilə danışıqlara qoyduğu qadağaya ziddir.

Xatırladaq ki, bu gün, martın 29-da Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, Rusiya və Ukrayna arasında danışıqlar “sülh formulu” üzrə birinci və ikinci sammitlər arasında aparıla bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla