AZ

Qazax-Tovuz bölgəsinin  3 şagirdi maksimum nəticə göstərib

Qazax-Tovuz Regional Təhsil İdarəsindən 3 şagird martın 10-da DİM tərəfindən keçirilən imtahandan  maksimum nəticə göstərib. 
 
Bu barədə AzEdu.az-a qurumdan məlumat verilib. 
 
 
Tovuz rayon M.Ələkbərov adına tam orta məktəbin şagirdi Məhərrəmzadə İlahə Rəşad qızı, Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin şagirdi İsgəndərli Həcər Emil qızı və Qazax rayon Dəmirçilər kənd tam orta məktəbin şagirdi Yusifova Səbinə Vüqar qızı 300 bal toplayıb.
 
 
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.
Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.
Seçilən
34
16
Mənbələr
Şərh ()
Bağla