AZ

"Real" və "Bayern" Çempionlar Liqasının yarımfinalında - VİDEO

UEFA Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib.

BAKU.WS xəbər verir ki, son yarımfinalçılar Münhenin "Bayern" və Madridin "Real" klubları olub. "Kral klubu" evdə 3:3 bərabərə qaldığı "Mançester Siti" ilə səfərdə də 1:1 oynayıb. 120 dəqiqənin ardından qalib müəyyənləşmədiyi üşün oyunsonrası penaltilərə müraciət edilib. Burada daha dəqiq olan "Real" futbolçuları yarımfinalda "Bayern"ə rəqib olublar.

"Bayern" isə səfərdə 2:2 oynadığı Londonun "Arsenal" klubunu evdə 1:0 hesabı ilə məğlub edərək bu mərhələyə vəsiqə qazanıb.

Beləliklə yarımfinalda "Borussiya" (Dortmund) - PSJ və "Bayern" (Münhen) - "Real" (Madrid) qarşılaşmaları baş tutacaq.

İlk oyunlar aprelin 30-da, cavab qarşılaşma isə mayın 7-də oynanılacaq. 

Seçilən
149
2
Mənbələr
Şərh ()
Bağla