AZ

Qardaş ölkələrin məktəbləri ilə əməkdaşlıq olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyənin təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəb ilə Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi arasında “Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi” imzalanıb.

 

Səfər çərçivəsində qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, “Türk şəhidliyi” abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi və mədəni-tarixi məkanlarda olublar.

 

Qonaqlar, həmçinin 18 nömrəli tam orta məktəblə tanış olub, dərslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi mövzusunda müzakirələr aparıblar. Bundan əlavə, qardaş ölkələrin məktəbliləri arasında dostluq münasibətlərinin inkişafına xidmət edən birgə intellektual-əyləncəli proqramlar təşkil olunur.

 

Qonaqların şərəfinə Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Sənət Akademiyası" üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

 

Konsertdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyinin direktoru Eyüp Dağ, liseyin müəllim və şagirdləri, məktəb direktorları iştirak ediblər.

 

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Məktəbin direktoru Leyla Fətiyeva bildirib ki, eyni tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələri təhsil sahəsində də inkişaf edir. L.Fətiyeva məktəbin qonağı olan liseyin direktoru, 6 müəllim və 11 şagirddən ibarət heyətin iştirakı ilə təşkil olunan tədbirlərin  qardaşlığın nümunəsi olduğunu nəzərə çatdırıb.

 

Qeyd edək ki, qardaş ölkənin təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1331
Azərbaycanda bu məhsul bahalaşdı
1238
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1153
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1012
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1000
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
973
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
966
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
966
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
963
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
914
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
833
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
786
Helikopter qəzası ilə bağlı yeni xəbər
767
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
739
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
731
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
705
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
661