AZ

ABŞ Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnaməni bloklayıb

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnaməni bloklayıb.

APA xəbər verir ki, Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin sənədin qəbuluna səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ qətnamə layihəsinə qarşı çıxıb.

Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.

Xatırladaq ki, aprelin 1-də Fələstin BMT Təhlükəsizlik Şurasının iclasında təşkilata daxil olması ilə bağlı səsverməyə çağırıb.

Seçilən
176
32
Mənbələr
Şərh ()
Bağla