AZ

Ernan Kresponun komandası Asiya Çempionlar Liqasının finalında

style='margin-bottom:10px;'>

Asiya Çempionlar Liqasında ilk finalçı bəlli olub

QOL.az xəbər verir ki, argentinalı Ernan Kresponun baş məşqçisi olduğu “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) səfərdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a uduzsa da (1:2,) ilk matçdakı qələbəsi sayəsində (4:2) finala yüksəlib. Cavab matçında qolları meydan sahiblərindən Ruben Neveş və Salem Əl-Davsari, qonaqlardan isə Erik vurublar.

Digər finalçı bu gün keçiriləcək “İokoqama F.Marinos” (Yaponiya) - “Ulsan Hende” (Cənubi Koreya) təkrar oyunundan sonra müəyyənləşəcək. İlk matçda koreyalılar 1:0 hesabı ilə qələbə qazanıblar. 

Asiya Çempionlar Liqasında finalın ilk görüşü mayın 11-i, cavab qarşılaşması mayın 25-də keçiriləcək.

Seçilən
85
1
Mənbələr
Şərh ()
Bağla