AZ

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

Asiya Çempionlar Liqasında ilk finalçı bəlli olub. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Əl Əyn” səfərdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”a uduzsa da (1:2,) ilk matçdakı qələbə (4:2) sayəsində həlledici matça vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, cavab matçında qolları meydan sahiblərindən Ruben Neveş və Salem Əl-Davsari, qonaqlardan isə Erik vurublar.

Məşhur argentinalı sabiq hücumçu Ernan Kresponun çalışdırdığı “Əl Əyn” ilk oyunda qələbə qazanarkən “Əl Hilal”ın 34 oyunluq qələbə seriyasına son qoymuşdu.

Digər finalçı bu gün keçiriləcək “İokoqama F.Marinos” (Yaponiya) – “Ulsan Hende” (Cənubi Koreya) oyunundan sonra müəyyənləşəcək. İlk matçda koreyalılar 1:0 hesabı ilə qələbə qazanıblar.

Asiya Çempionlar Liqasında finalın ilk görüşü mayın 11-i, cavab qarşılaşması mayın 25-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla