AZ

“Qarabağ”ın növbəti hədəfi - Ceyson Lokilo?

“Qarabağ”ın bu mövsüm Avropada qazandığı uğurlardan sonra rəhbərliyin istəyi indiki heyəti qorumaq, nisbətən zəif olan mövqelərə lazımi transferlər etməkdi.

Təcrübəli menecerlərin açıqlamalarına görə, “köhlən atlar” sağ cinahda sol ayaqla oynayan vinger axtarışındadı. İş ondadı ki, Kadi Borgesin yoxluğunu bu mövsüm Leandro Andreade unutdura bilmir.

“Football-plus.az”a daxil olan bilgiyə görə, belədə ən real namizəd Ceyson Lokilodu. 25 yaşlı belçikalı futbolçu hazırda Portuqaliyanın “Vizela” klubunda çıxış edir. Sonuncu pillədə qərarlaşan komanda elitadan gedərsə, Ceyson başqa kluba tranfer olunmağa isti yanaşır. O, “Vizela”nın heyətində 7 matça çıxıb və 1 qol vurub.

Xatırladaq ki, təcrübəli vinger “Loryan” (Fransa), “Kristal Pelas”, “Donkaster”, “Hall Siti” (hər üçü İngiltərə), “Qurnik” (Polşa), “Sparta” (Niderland) və “İstanbulspor” (Türkiyə) komandalarında da çıxış edib.

KAMAL SƏFƏR

Seçilən
109
2
Mənbələr
Şərh ()
Bağla