AZ

Acunun sahibi olduğu klubun futbolçusu “Qarabağ”a keçə bilər

“Qarabağ” klubu heyətinə yeni hücumçu cəlb etmək istəyir.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Ceyson Lokilonun transferini planlaşdırır. Əslində bu futbolçu hələ ötən yay kluba gəlməliydi.

Amma son anda bu transfer baş tutmamış və hücumçu İngiltərənin “Hall Siti” klubuna keçmişdi.
Ancaq konqolu forvard burada heyətə düşə bilmir və hazırda Portuqaliyanın “Vizelu” komandasında icarə əsasında oynayır.Çox güman ki, futbolçu yay transfer dövründə “Qarabağ”a transfer olunacaq.

Qeyd edək ki, Lokelunun “Hall Siti” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

“Hall Siti” klubunun sahibi türkiyəli məşhur media maqnatı Acun Ulucalıdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla