AZ

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir - COP29 prezidenti

Bakı. Trend:

Azərbaycan başa düşür ki, o, iqlim dəyişikliyi ilə mübarizədənümunə göstərməlidir və bununla bağlı tədbirlər milli inkişafplanının mərkəzi hissəsinə çevriləcək.

Trend xəbər verir ki, bunuAzərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev bu gün Berlində keçirilən 15-ciPetersberq İqlim Dialoqu çərçivəsində deyib.

O qeyd edib ki, Azərbaycan qlobal istiləşmənin 1,5 dərəcə Selsisəviyyəsinə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün səygöstərir.

"Lakin emissiyaları azaltsaq da, hər kəs hələ də temperaturunqalxdığı planetə uyğunlaşmalıdır. Gələn il hamımız milli uyğunlaşmaplanları hazırlamalıyıq ki, 2030-cu ilə qədər onlara nail olmaqyolunda sürətli irəliləyiş əldə edə bilək. Bu planlar bizim ənyaxşı təcrübələri, texnologiyaları necə paylaşacağımızı vəbir-birimizin səylərini necə dəstəklədiyimizi müəyyən edəcək", -Muxtar Babayev əlavə edib.

Onun sözlərinə görə, mühüm məsələlərdən biri də iqlimdəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərininqalmasıdır.

"Kənd təsərrüfatında məhsuldarlıq azalır və bu, əhalinin artdığıplanetin qidalanmasını çətinləşdirir. Azərbaycanda işçi qüvvəsininüçdə birindən çoxu kənd təsərrüfatında çalışır. İndi biz su qıtlığıvə torpaqların deqradasiyası riski ilə üz-üzəyik. Dünyada təxminən4 milyard insan bu problemlərlə üzləşir. Keçən il bir çox ölkələrqida sistemlərini dəyişdirməyi öhdələrinə götürdülər. Bu,fermerləri və qida sistemlərini qlobal istiləşmənin mənfitəsirlərindən qorumaq üçün lazımdır", - Babayev vurğulayıb.

Seçilən
34
10
Mənbələr
Şərh ()
Bağla