AZ

COP29 Prezidenti: Azərbaycan başa düşür ki, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir

Azərbaycan başa düşür ki, o, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir və bununla bağlı tədbirlər milli inkişaf planının mərkəzi hissəsinə çevriləcək...Poliqon xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində deyib.Onun sözlərinə görə, Azərbaycan qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün səy göstərir: “Lakin emissiyaları azaltsaq da, hər kəs hələ də temperaturun qalxdığı planetə uyğunlaşmalıdır. Gələn il hamımız milli uyğunlaşma planları hazırlamalıyıq ki, 2030-cu ilə qədər onlara nail olmaq yolunda sürətli irəliləyiş əldə edə bilək. Bu planlar bizim ən yaxşı təcrübələri, texnologiyaları necə paylaşacağımızı və bir-birimizin səylərini necə dəstəklədiyimizi müəyyən edəcək”.M.Babayev qeyd edib ki, mühüm məsələlərdən biri də iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin qalmasıdır:“Kənd təsərrüfatında məhsuldarlıq azalır və bu, əhalinin artdığı planetin qidalanmasını çətinləşdirir. Azərbaycanda işçi qüvvəsinin üçdə birindən çoxu kənd təsərrüfatında çalışır. İndi biz su qıtlığı və torpaqların deqradasiyası riski ilə üz-üzəyik. Dünyada təxminən 4 milyard insan bu problemlərlə üzləşir. Keçən il bir çox ölkələr qida sistemlərini dəyişdirməyi öhdələrinə götürdülər. Bu, fermerləri və qida sistemlərini qlobal istiləşmənin mənfi təsirlərindən qorumaq üçün lazımdır”.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17707
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14495
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9098
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7207
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6971
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6901
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6869
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6620
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5475
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5263
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4781
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4665
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4160
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3961
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3319
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3225