- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Neftçi"nin 11 yaşadək futbolçulardan ibarət komandası Rusiyada beynəlxalq turnirə qatılacaq.
Sportinfo.az "Sport-express" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Lev Yaşinin adına "Dinamo" akademiyasının Novoqorskda təşkil edəcəyi yarışa qatılacaq.
Turnirdə 2013-cü il təvəllüdlü oyunçular mübarizə aparacaqlar.
Azərbaycan təmsilçisindən başqa, Rusiyanın "Dinamo", "Spartak", ÇSKA, "Krasnodar", Belarusun "Dinamo" (Minsk), Qazaxıstanın "Kayrat", Özbəkistanın "Dostluq" komandaları da yarışda iştirak edəcəklər.
Turnir mayın 2-dən 4-dək təşkil olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.