- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu il aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 830,3 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, geniş mənada pul kütləsinin həcmi aylıq müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,5 % az, illik müqayisədə isə 9,1 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi martın sonuna 34 milyard 453,6 milyon manat təşkil edib. Bu, fevralın sonuna olan analoji göstəricidən 0,6 % çox, ilin əvvəlinə nisbətən 2,6 % az, illik müqayisədə isə 16 % çoxdur.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.