AZ

Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının  uğurla davam etdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin aparıldığı, təhlükəsizlik tədbirlərinin görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident
 
Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrası vəziyyətini yerində şəxsən öyrənmələri məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
 
Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə, icma əsaslı reinteqrasiya tədbirlərinin icra vəziyyəti, əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, həmçinin komitənin fəaliyyətində səmərəliliyin təmin edilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli istifadəsi müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib. 
 
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.  
 
İclasında müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10488
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8119
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3983
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1791
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1617
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1613
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1554
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1098
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
775
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
665
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
582
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
394
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
356
Arda dubl etdi - VİDEO
306
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
294
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
261
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
241