AZ

“Ukrayna yeni briqadalar formalaşdırır” – Zelenski

“Ukrayna Silahlı Qüvvələri (AFU) yeni briqadalar formalaşdırır, lakin onların Qərb silah və texnikası təchizatına ehtiyacı var”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski onlayn formatda Ukraynaya hərbi yardım göstərilməsi üzrə təmas qrupunun iclasının iştirakçılarına müraciətində deyib.

“Biz indi mövqelərimizi gücləndirmək üçün yeni briqadalar formalaşdırırıq. Onların da cəbhədə fəaliyyət göstərən briqadalarımız kimi dəstəyə ehtiyacı var”,  – deyə Zelenski bildirib.

Eyni zamanda, Ukrayna prezidenti Kiyevə ilk növbədə uzaqmənzilli raketlər, F-16 qırıcı-bombardmançı təyyarələri və onlar üçün ən azı yeddi Patriot hava hücumundan müdafiə sistemi və raketləri lazım olduğunu dilə gətirib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla