AZ

İctimai qınaq deyəndə niyə yada alt paltarı düşür? - FOTO

Kubra Məhərrəmova yazır...

Əslində bu barədə çox danışmışıq, çox yazmışıq. Yəni əlimizdən bu gəlir, bunu da etmişik. Görünən odur ki, yenə də dalana dirənmişik və oradan çıxa bilmirik.

Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan videoda bir qadın gecə geyimində bir dükana daxil olaraq nəsə almaq istəyib. Onun geyiminə görə qadını dükandan qovublar. Hələ üstəlik bunun görüntülərini də paylaşıb, linç əməliyyatına başlayıblar.

Rəhmətlik Cavanşir Məmmədovun sözü olmasın “yaxşı edirsiniz, amma düz etmirsiniz”.

Çünki bir adamı geyiminə görə dükandan qovmaq ən azı düzgün deyil. Konstitusiyamız onlara belə bir hüquq və azadlıqlar verməyib.

Bu yerdə maraqlı bir sual yaranır, o qadının yanında bir lay-divar kişi olsaydı, yenə də o qadını dükandan qovardılarmı? Yenə də o qadını təhqir edərdilərmi? Yenə də namus-qeyrət operasından akt oynayardılarmı?

Görəsən, o qadın bahalı avtomobildən düşsəydi, ona yenə eyni reaksiya verərdilərmi?

Açığı bununla bağlı əsaslı şübhələrim var...

Ölkədə məşhur fəaliyyət növü ilə məşğul olan qadınların yas və toy məclislərində yuxarı başda oturulmasının şahidi olaraq deyirəm bunu. Guya məclisdəkilər bilmir ki, yuxarı başda kim oturub? Guya məclisdə olanların arasında müştərisi olanlar yoxdur ki? Guya özünüz hər gün bunun şahidi olmursunuz?

Yenə də deyirəm, kimin hansı peşə ilə məşğul olmasının mənə heç bir aidiyyəti yoxdur. Sadəcə cəmiyyətin münasibəti adamı çaş-baş qoyur. Əgər biz həqiqətən də, yüksək mənəvi dəyərlərlə yaşayan, bunu təbliğ edən cəmiyyətiksə, o zaman niyə namus-qeyrət, ictimai qınaq ancaq və ancaq sosial cəhətdən aşağı olan kəslər üçün keçərli olur? Yəni kasıbın balası fahişə olur, amma pullu kişinin istirahət etdiyi qadın yeyib-içən? Məntiq niyə belə işləyirki?

Niyə ümumiyyətlə ictimai qınaq deyəndə ağıla ilk gələn şey alt paltar olur?

Niyə rüşvət alıb-verənlər ictimaiyyət tərəfindən qınanılmır? Əksinə fərasətli, bacarıqlı insanlar kimi dəyərləndirilirlər... Niyə tərəzidə, qiymətdə aldadan şəxslər qınağa rast gəlmirlər? Əksinə qapısına borc üçün gedirlər...

Niyə vəzifəyə təzə gedən adamın “çak-çuk” etməsi ictimai qınaq üçün maraqlı deyil? Əksinə yeni kadrdır, qoy “əli çörəyə çatsın” şüarı ilə ictimai qınaqçılar dəstək göstərir o kəslərə.

Niyə 12-15 yaş arası qız uşağını özlərinə arvad edənlər ictimai qınağa rast gəlmirlər? Niyə insanımız demir ki, ay adam, bu pedofillikdir?! Niyə bu yeniyetmələrin valideynləri qınanınmır ictimai qınaqçılar tərəfindən?

12-14 yaşlı qız uşağının özündən 15-20 yaş böyük olan biri ilə yatağa atılması niyə ictimaiyyət üçün qınaq mövzusu deyil? Bu cinayət, bu iyrəncilik, bu üfunət niyə qınağa rast gəlmir?

Niyə elə tək-tük insanlar qışqırıb-bağırır bu barədə? Sonda yenə də xəbər tuturuq ki, 15 yaşında bir uşaqla qayıdıb atası evinə.

Amma nə badə, kimsə qısa ətək geyinsin. Kimsə dekolte geyinsin “qınaqçılar” çıxacaq adam ovuna.

Yeri gəlmişkən, ictimai qınaqçılar üçün əla mövsüm gəlir, necə deyərlər “çörəkli” mövsüm - şort geyinənlər mövsümü. Yenə sosial şəbəkələr şort geyinənlərin görüntüləri ilə, linç edənlərin rəyləri ilə aşıb-daşacaq.

Adi insanların dolanışığını, rifahını, sosial vəziyyətini sorğulamayan, amma insanların alt-paltarının haqq-hesabını aparanlar yenə gələcəklər meydana.

Nə deyim? Allah bizi bu yayın istisindən və “ictimai qınaqçıların” şərindən qorusun!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
7754
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6951
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1138
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1123
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1123
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1123
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
655
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
434
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
322
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
309
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
294
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
283
Arda Gülər dayanmır, yenə fərqləndi -
220
Arda dubl etdi - VİDEO
207
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
191
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
164
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
155
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
147
“Mançester Siti” İngiltərə çempionu olub
138