AZ

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

Hökumətin

Naxçıvan, 27 aprel, AZƏRTAC

Aprelin 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, İqtisadi siyasət komitəsinin sədri İsa İsayev gündəlikdə duran məsələni - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb.

Daxili nizamnaməyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatı Ali Məclisin iclasında baxılmamışdan əvvəl Ali Məclisin digər komitələri ilə yanaşı, İqtisadi siyasət komitəsinə də rəy verilməsi üçün təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Aqrar məsələlər və ekologiya şöbəsinin müdiri Mübariz Bayramov hesabat barədə məlumat verib.

Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri İsa İsayev, üzvləri Arif Qasımov, Sevda Quluyeva və Hüseyn Bağırsoylu Sədərək rayonunda içməli su və kanalizasiya xətlərinin çəkilməsi prosesinin yekunlaşdırılmaması, Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin həlli istiqamətində görülən işlər, muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması ilə bağlı sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, eləcə də hesabatda məşğulluqla bağlı statistik göstəricilərin, Dövlət Baytarlıq Xidmətinin ləğvi ilə əlaqədar yekun məlumatların olmaması və digər mövzularda öz fikirlərini, irad, qeyd, təklif və suallarını səsləndiriblər.

Komitə sədri makroiqtisadi göstəricilərin əvvəlki illərlə müqayisəli təhlilinin, icrasına başlanılan layihələrin icra vəziyyətinin, muxtar respublika ilə bağlı müvafiq Dövlət Proqramının icrası istiqamətində görülmüş və görüləcək işlərin hesabatda əks olunmasının önəmini qeyd edib.

Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev ilk dəfə olaraq Nazirlər Kabinetinin hesabatının Ali Məclisin komitələrində müzakirəsini yüksək qiymətləndirib, bunu qurumlar arasında idarəetmənin təkmilləşdirilməsinin nəticəsi kimi dəyərləndirib. Həmçinin hesabatda büdcə xərcləri ilə bağlı struktur bölgünün, sənaye sahəsinin ötən il üzrə müqayisəsinin verilmədiyini, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, ünvan reyestrinin, ümumiyyətlə, qeyd olunmadığını və nəzərə alınmasını diqqətə çatdırıb.

Nazirlər Kabineti Aparatının Aqrar məsələlər və ekologiya şöbəsinin müdiri Mübariz Bayramov, İqtisadiyyat şöbəsinin əməkdaşı İsmayıl Bağırov və Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib, təkliflərin nəzərə alınması üçün qeydiyyatı aparılıb.

Müzakirələrin sonunda gündəlikdə duran məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunduqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı irad və təkliflər nəzərə alınmaqla Ali Məclisin müzakirəsinə tövsiyə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22934
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14415
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13880
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11347
Helikopterin qalıqları tapılıb
8863
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7964
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6971
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5173
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4731
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3998
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3827
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2803
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1614
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1489
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351