AZ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Mövsümü olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan daha ucuz xiyar tapmaq mümkün deyil. Bəs nə üçün pomidor və xiyarın qiyməti hələ də əl yandırır?

Qiyməti tələb-təklif müəyyənləşdirir

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun “Kaspi” qəzetinə verdiyi məlumata görə, qiymətləri bazarda tələb və təklif müəyyənləşdirir. Tərəvəzin kütləvi şəkildə istehsalı, təbii məhsulların bazara çıxarılması may ayından başlayır. Bundan sonra qiymətlərdə sabitləşməni görə bilərik.

Yerli pomidor bazara iyun ayında çıxarılacaq

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirdi ki, mövsüm başlayır. Lakin havaların dəyişkən keçməsi məhsulun bazara çıxışına öz təsirini göstərir: “Hər zaman bu dövr qış mövsümünün yekunu, yay mövsümünün başlanğıcıdır. Artıq may ayında bir çox tərəvəzlər yetişəcək. İyun ayında açıq sahələrdə yetişdirilən pomidorlar da bazara çıxarılacaq. Bu səbəbdən mövsüm başlayır deyə bilərik. Bir çox tərəvəzlər fevralın əvvəlindən əkilib. Onların vegetasiyasının orta müddətidir. Buna qlobal iqlim dəyişiklikləri də təsir göstərir. Fevral ayında havalar isti keçdi. Bu iqlim şəraiti bitkilərə də mənfi təsirini göstərir”.

E.Allahverdiyevin fikrincə, bu tərəvəzlərin ucuzlaşmasını görmək üçün onların kütləvi yetişdirildiyi dövrü gözləmək daha doğru olar: “Maydan etibarən bir çox tərəvəzlər bazara daha çox daxil olduğundan, qiymətlər də daha ucuz olur”.

Su çatışmazlığı da qiymətə təsir göstərir

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla