AZ

Bakı Sağlamlıq Mərkəzində tədbir keçirildi - FOTOLAR

Bakı Sağlamlıq Mərkəzində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, Mərkəzin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını qeyd edərək Mərkəzimizdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, təsdiq olunmuş illik plan-qrafiki əsasında işçilərin iştirakı ilə müvafiq istiqamətdə tədbirlər, monitorinqlər və görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd işçilərin sağlamlığına və təhlükəsizliyinə cavab verən əmək şəraitinin yaradılması yolunda müvafiq addımlar atmaqdır. 

Tədbir Mərkəzimizin Əməyin mühafizəsi bölməsinin müdiri Ağamusa Səfiyevin çıxışı ilə davam edib. O bildirib ki,  Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən dünyada 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü xüsusi diqqət ayrılan günlər sırasındadır. Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır.

 Ağamusa Səfiyevin əməyin təhlükəsizliyi və sağlamlığın idarə edilməsi ilə bağlı konkret iş sahələrinə dair təlimatlar hazırladığını bildirib. Hər bir iş yerində bu təlimatlardan mütləq şəkildə istifadə olunmasının, işçilərin səhhəti, həyatı üçün risklərin qarşısı alınmasının zəruriliyi diqqətə çatdırıb. Qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzində əməyin mühafizəsi, iş yerlərində əməyin təhlükəsiz idarə edilməsi, sağlamlığın qorunması mexanizminin yaradılması ilə bağlı hüquqi-praktiki maarifləndirmə işləri aparılır.  

Daha sonra əməkdaşları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və mövzu ilə bağlı maarifləndirici videolar nümayiş olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22926
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13847
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11346
Helikopterin qalıqları tapılıb
8863
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7957
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6966
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5171
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4720
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3961
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3825
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2802
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1613
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1464
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351