AZ

“Crocus City Hall” terroru ilə bağlı həbs edilənlərin sayı 12-yə çatdı...

Rusiyada “Crocus City Hall”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir nəfər həbs edilib.Terror aktında 12-ci şübhəli Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonovdur. O məhkəmə qərarı ilə həbs edilib.Kurbonov əvvəllər də Moskvada xırda dələduzluğa görə həbs edilib. O, Rusiyada qeyri-rəsmi işləyib və yataqxanada yaşayıb.Qeyd edək ki, konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyirTAHİR

Seçilən
48
46
Mənbələr
Şərh ()
Bağla