AZ

Bu xəbər agentliyinin prodüseri həbs edildi

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

 

Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.

 

Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib.

 

İstintaqın fikrincə, Qabov “Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.

 

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.

 

Report

Tarix: 27 Aprel 2024, 21:37   
Seçilən
79
9
Mənbələr
Şərh ()
Bağla