AZ

Ürfan Abbasov üçün 300 nömrəli forma

Məlum olduğu kimi, “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov bir müddət öncə sözügedən klubun heyətində 300-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, bu gün ona “Qəbələ”nin 300 nömrəli forması təqdim olunub.

Hədiyyənin təqdimat mərasimi Azərbaycan Premyer Liqasının 32-ci turunun bu gün keçirilən “Kəpəz”lə ev matçından əvvəl baş tutub.

“Qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında rekordçu olan müdafiəçi yubiley qarşılaşmasına dörd gün əvvəl çıxıb. O, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə cavab görüşündə 300-cü dəfə “Qəbələ”nin formasını geyinib.

Qeyd edək ki, “Qəbələ”nin vitse-kapitanı bu komandanın heyətində keçirdiyi 300 oyunda 6 qola imza atıb. Ürfan “qırmızı-qara” forma ilə Azərbaycan kubokunda 40 oyuna çıxıb. O, bu turnirdə 1 qola imza atıb. Müdafiəçi Premyer Liqada 243 (5 qol), avrokuboklarda 17 dəfə “Qəbələ”nin formasını geyinib.

Müdafiəçi 2012-ci il fevralın 21-də Premyer Liqanın “Xəzər Lənkəran”la ev matçında (2:1) debüt edib. O, 2019/2020 və 2020/2021 mövsümləri istisna olmaqla, həmin vaxtdan indiki komandasında çıxış edir.

Xatırladaq ki, Ürfan Abbasov “Qəbələ”də Premyer Liqanın iki gümüş (2016/2017, 2017/2018), üç bürünc (2013/2014, 2014/2015, 2015/2016) mükafatını qazanıb. O, iki dəfə Azərbaycan kubokunun qalibi (2018/2019, 2022/2023), üç dəfə finalçısı (2013/2014, 2016/2017, 2017/2018) olub.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla