AZ

Səudiyyə Ərəbistanından Hakim Ziyeçə böyük təklif

Səudiyyə Ərəbistanı komandalarından olan "Əl-Şəbab" "Qalatasaray"ın futbolçusu Hakim Ziyeçə təklif göndərib.   Manset.az Fransa mətbuatına istinadən xəbər verir ki, "Əl-Şəbab" 31 yaşlı futbolçu Hakim Ziyeçə 2,5 il ərzində 37,5 milyon avro xalis maaş təklif edib. Qeyd edək ki, bu mövsüm zədə səbəbindən cəmi 20 rəsmi oyuna çıxan Hakim Ziyeç bu matçlarda 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Jalə

Manşet.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla