AZ

“Rafahdakı mülki insanları qorumaq üçün İsraildən plan almamışıq” – ABŞ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


“Birləşmiş Ştatlar İsraildən Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində keçirilən əməliyyat zamanı mülki vətəndaşları müdafiə edəcək etibarlı plan almayıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.
“Mülki insanları qorumaq üçün müxtəlif problemləri həll edəcək etibarlı bir plan görmədik”, - Pater bildirib.
Eyni zamanda, Patel ABŞ və yəhudi dövləti arasında İsrailin hərbi əməliyyata başlamazdan əvvəl bu planı təmin etməsinə dair razılaşma olub-olmaması sualına cavab verməkdən imtina edib.
Qeyd edək ki, bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, İsrail hakimiyyəti Rəfahda hərbi əməliyyat keçirsə, Yaxın Şərq münaqişəsinin təhlükəli eskalasiyası baş verəcək və bu, bütün region üçün ciddi nəticələrə gətirib çıxaracaq. O, ölkələri, xüsusən də ABŞ-ni faciənin qarşısını almaq üçün İsrailə maksimum təzyiq göstərməyə çağırıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirib ki, İsrail hərbçiləri istənilən halda Rəfah əməliyyatını həyata keçirəcək.
Seçilən
142
19
Mənbələr
Şərh ()
Bağla