AZ

“Bu məsələ mayda həllini tapmalıdı” – Vaqif Sadıqov

Bilindiyi kimi, ölkəmizin futbol yığmasının baş məşqçi postu hələ də boşdu. Artıq 5 aydımüvafiq İşçi Qrupuyaradılsa da, hələ də bir yenilik yoxdu.

Hətta AFFA-nın yeni prezidenti Rövşən Nəcəf İcraiyyə Komitəsinin ilk iclasında bu haqda danışarkən işlərin yekunlaşmaq üzrə olduğunu bildirmişdi:

“Bununla bağlı AFFA-da ötən ilin sonunda yaradılan İşçi Qrup var. Həmin komissiya qısa siyahı hazırlayıb, məşqçilərlə danışıqlar aparıb. Bu iş yekunlaşmaq üzrədi. İcraiyyə Komitəsi bu məsələni rəsmiləşdirəcək. Növbəti iclaslarda bu məsələ müzakirəyə çıxarılacaq”.

Hələ ki nə AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı, nə də yığmanın baş məşqçinin adı məlumdu. Bəs AFFA bu qərarı niyə gecikdirir? Bu sualı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova ünvanladıq. Vaqif bəy “Football-plus.az-a açıqlamasında məsələyə belə münasibət bildirdi:

“Hesab edirəm ki, İcraiyyə Komitəsinin iclası mayın ortalarına təyin olunacaq. Yəni həmin vaxta planlaşdırılırsa, yeni baş məşqçinin adını elə onda öyrənə biləcəyik. Çempionatın sonlarına yaxınlaşırıq. Ölkə kubokun finalına da az qalır. Yeni baş məşqçi də yığmaya namizəd olan oyunçularla tanış olmalıdı. Bir peşəkar kimi düşünürəm ki, bu məsələ mayda həllini tapmalıdı. İyunda yığmamız yoldaşlıq oyunlarına tam hazır olmalıdı”.

Bəs aprelin 2-də keçirilən Hesabat-Seçki Konfransından sonra Məşqçilər Komitəsi ilə bu yöndə məsləhətləşən olubmu? Vaqif bəyin bu sualımıza cavabı isə “yox” oldu:

“Bu yöndə bizimlə məsləhətləşən olmayıb. Yəni heç vaxt məsləhətləşmələr aparılmayıb. İndi yox, bundan öncə də sırf millinin baş məşqçi seçimi ilə bağlı bizimlə heç bir danışıq aparılmayıb”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
football-plus.az

1Mənbələr