AZ

“Bokt İcraçı Kredit Agentliyi”nin portfeli və aktivləri azalıb

“Bokt İcraçı Kredit Agentliyi” MMC-nin portfeli və aktivləri azalıb.

İqtisadiyyat.az-ın hesablamalarına görə, MMC-nin ötən il üzrə müştərilərə verilmiş kredit və avansları 896 594 manat təşkil edib. Amma bu rəqəm 2022-ci ildə 914 856 manat olub.

Bundan əlavə, kredit agentliyinin ötən il üzrə cəmi aktivləri 1 104 215 manat olub. Bu, 2022-ci ildə isə 1 312 282 manat təşkil edib.

Şirkətin cəmi öhdəlikləri və kapitalına gəlincə isə burda da xeyli azalmalar müşahidə olunub. Belə ki, cəmi öhdəlikləri və kapitalı 2022-ci ildə 1 312 282 manat olduğu halda, 2023-cü ildə bu rəqəm 1 104 215 manat təşkil edib.

Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla